Bu il 200 min qaz sayğacı yenilənəcək
2021-ci il ərzində Bakı şəhəri və Abşeron yarımadasında 200.000 ədəd dövlət yoxlama vaxtı çatmış (istismarda 5 il və ya ondan çox müddətə olan), lakin istifadə olunan qaz sayğaclarının əvəzlənməsi nəzərdə tutulub.
Azəriqaz İstehsalat Birliyindən Azia.az-a verilən məlumata görə, qaz xəttindən açılmış (əvəzlənmiş) sayğaclar yoxlanılması üçün Metrologiya departamentinə yönləndirilir.
İstismara yararlı qaz sayğacları (xəta həddi norma daxilində olan, zədələnməmiş və s.) təkrar istifadə üçün saxlanılır, yararsızlıq rəyi verilmiş sayğaclar isə utilizasiyaya gedir.