azia.az
azia.az

“Azəriqaz” sayğacların şəffaflığını daha da artırır

17-08-2021, 17:41

“Azəriqaz” sayğacların şəffaflığını daha da artırır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə ”Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, qutular həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğaclara tətbiq olunacaq. Zərbəyə, günəş şüalarına və ətraf mühitin təsirlərinə davamlı olan qutular quraşdırıldıqdan sonra abonentlərlə birlik arasında əsassız ittihamlar qalmayacaq. Qutu 4 yerdən kip şəkildə bərkidiləcək, aşağı və yuxarı hissədən möhürlənəcək.

Bu halda nə qaz paylayıcının nə də istehlakçının qaz sayğacına hər hansısa bir təması olmayacaq. Eyni zamanda qaz sayğacının işlək və saz vəziyyətdə saxlanılması təmin olunacaq. Abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi