azia.az
azia.az

Sabiq icra başçısı futbol komandası yaratdı, məktəb açdı

3-09-2021, 11:01

Sabiq icra başçısı futbol komandası yaratdı, məktəb açdı
Salyanın "kiçik padşahı” kimi təqdim olunan, 2011-2016-cı illərdə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tahir Kərimov özünə yeni futbol komandası yaradıb.

Azia.az əldə etdiyi məlumata görə, Bakının Nizami rayonunda Tahir Kərimova məxsus futbol komandası fəaliyyətə başlayıb. Komandanın nəzdində yeniyetmələrin futbola cəlb olunması üçün futbol məktəbi də açılıb.

Qeyd edək ki, Tahir Kərimov həm də iş adamı kimi tanınır. Azərbaycanın müxtəlif bölgələrində onun özünə və ailə üzvlərinə məxsus bir sıra şirkətlər var.

Sabiq icra başçısı futbol komandası yaratdı, məktəb açdı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi