azia.az
azia.az

Şantaj, hədə... - Bu rayonda əhali məcburi PEYVƏND EDİLİR? / VİDEO

30-08-2021, 16:10

Şantaj, hədə... - Bu rayonda əhali məcburi PEYVƏND EDİLİR? / VİDEO
Sosial şəbəkələrdə Neftçala rayonunda vətəndaşların küçədə şantajla vaksinə cəlb edilməsi iddia olunan görüntülər yayılıb.

Görüntülərin bu gün saat 11:00-da rayonun X.Cəfərov küçəsində çəkildiyi qeyd olunur. İddia olunur ki, bir polis əməkdaşı və 4 tibb bacısı avtomobillə qapı-qapı gəzərək insanları qorxudur və vaksinə məcbur edirlər: “Onları pensiya ala bilməmələri, mağazaya girişə məhdudiyyət, cərimə olunacaqları və digər hallarla qorxudub şantaj edirlər. “VAZ 2107 markalı avtomobillə gəlib insanlara vaksin vurdururlar”.

Yayılan görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Neftçala rayonu ərazisində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları rayon ərazisində pandemiya ilə əlaqədar mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirir, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı sakinlərlə profilaktiki söhbətlər aparırlar”.

Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizdə peyvəndləmə məcburi həyata keçirilmir: "Sözügedən məsələ ilə bağlı vətəndaş tərəfindən konkret faktlarla hər hansı şikayət daxil olmayıb. Qeyd olunanlarla bağlı sübutlara əsaslanan şikayət daxil olduqda tərəfimizdən müvafiq araşdırma aparılacaq".

TƏBİB-dən bildirilib ki, göndərilən videomaterialda məcburi vaksin olunma ilə bağlı hər hansı dəlil aşkar edilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi