azia.az
azia.az

Maştağada vaksin izdihamı - VİDEO

30-08-2021, 15:47

Maştağada vaksin izdihamı - VİDEO
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, yüzə yaxın vətəndaş vaksin növbəsini gözləyir. Peyvənd olunmaq üçün gələnlər arasında sosial məsafə qorunmur, karantin qaydaları pozulur.

Bir neçə gün öncə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında saxta COVID-19 pasportunun verilməsi ilə bağlı əməliyyat keçirib. Nəticədə sözügedən xəstəxanada 50-100 manat müqabilində vətəndaşlara saxta COVID-19 sertifikatı verən tibb bacıları saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi