Daşkəsəndə 23 yaşlı oğlan toyda QƏTLƏ YETİRİLDİ- VİDEO
Daşkəsəndə qətl hadisəsi baş verib.
Azia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.İlkin məlumata görə, rayonun Alaxançallı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisəni törədən şəxs Alaxançallı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanıb.
Faktla bağlı araşdırma aparılır.