484 nəfər müəllim adını qazandı
23 avqust tarixində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Azia.az bildirib.
Onun sözlərinə görə, “biologiya”, “ingilis dili”, “rus dili” və “musiqi” fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb.
Qeyd edək ki, daha ətraflı məlumat yaxın saatlarda Təhsil Nazirliyinin saytında məlumat veriləcək.