azia.az
azia.az

Nə üçün koronavirus daha çox kişiləri öldürür?

22-08-2021, 10:26

Nə üçün koronavirus daha çox kişiləri öldürür?
Kişilərdə, hormonal sistemin xüsusiyyətlərinə görə, koronavirusdan ölmə ehtimalı qadınlardan daha yüksəkdir. Xəbər verilir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok Ura.ru saytına müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.

"Onlarda antikor istehsalının səviyyəsi bir qədər aşağıdır", - deyə mütəxəssis qeyd edib.

Bolibok qadınların immunitet sisteminin virusa təsir etdiyini, anticismlərin yoluxmuş hüceyrələrə nüfuz etməsinin daha asan olduğunu vurğulayıb.

"Bu qadına xas xüsusiyyətin digər tərəfi də var - onlarda anticismlər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərə daha çox rast gəlinir", - deyə o əlavə edib.oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi