İranda dondurmaya çəkilən "erotik" reklam qalmaqala səbəb oldu - FOTO
İranda "Domino" adlı dondurma (bəstəni) şirkətinin çəkib İnstagramda yerləşdirdiyi reklam videosu qalmaqala yol açıb.
Xəbər verilir ki, "Fars" xəbər agentliyi həmin gün videoda dondurmanı yeyərək reklam edən xanımın rəftarlarını "erotik" və "seksual" adlandırıb və şirkətin rəsmi qaydada üzr istəməsini tələb edib.
"Məşreq" saytı isə İranın Mədəniyyət Vəzirliyinin rəsmilərinin birinə istinadən videonun "xüsusi icazə" əldə edilmədən çəkilib "İnstagram"da paylaşıldığını bildirərək, şirkətə qarşı hüquqi tədbirlərin görüləcəyini bildirib.
Nəticədə şirkət sözügedən videonu sosial media hesabından silməli olub.