Jurnalist Nairi Oxikyan Ermənistanda təqib edilir
Ermənistan Jurnalistlər Birliyinin üzvü, tanınmış televiziya şərhçisi Nairi Oxikyan öz ölkəsində təqib edilir.
News.am Ermənistan Jurnalistlər Birliyinə istinadən xəbər verir ki, 29 iyul 2021 -ci ildə jurnalist Milli Təhlükəsizlik Xidmətinə dindirilməyə gətirilib. Dindirmə zamanı jurnalistin smartfonu müsadirə edilib.
Nairi Oxikyan ikinci Qarabağ müharibəsindən bəhs edən sənədli film çəkdikdən sonra təqib edilməyə başlayıb. Jurnalist öz filmində Ermənistan hakimiyyətini tənqid edib.
Paradoksal olaraq, erməni telejurnalistin peşə fəaliyyətinə görə təqib edilməsi beynəlxalq təşkilatların, xüsusən də Azərbaycanda söz azadlığının vəziyyətini tənqid etməsi ilə tanınan Fransanın "Sərhədsiz Reportyorlar" təşkilatının gözündən qaçıb.
Ermənistan Jurnalistlər Birliyi, Ombudsmanın ofisini, eləcə də beynəlxalq təşkilatları hakimiyyətin qanunsuz hərəkətlərini qiymətləndirməyə çağırıb.