azia.az
azia.az

Jurnalistlər Binasında BİABIRÇILIQ — FOTOFAKT

24-05-2019, 11:09

Jurnalistlər Binasında BİABIRÇILIQ — FOTOFAKT
Jurnalistlər Binasının sakinlərindən biri digərinin avtomobilinin üzərinə zibil torbası atıb.
"Ölkə.Az" xəbər verir ki, jurnalist Jalə Mütəllimova sosial şəbəkədə çəkdiyi fotonu paylaşaraq bu sözləri yazıb:
Jurnalistlər Binasında BİABIRÇILIQ — FOTOFAKT
"Bu jurnalistlerin binası, "C" blokunun qarşısıdır. Bu, bu cəmiyyəti dövlət, millət adına yetişdirmək kimi ağır bir missiyanın altında çiyin verməli olan adamların binasının qarşısıdır. Bu bir dövlət mükafatçısının, digər dövlət mükafatçısının əmlakına münasibətidir. Və bu adına jurnalist sözü yaraşmayan birinin, ya özünün, ya da ailə üzvlərindən hansınınsa əməlidir. Daha nə deyim ki ?!... Allah hidayət eləsin. Seçdiyimiz, sevdiyimiz peşədə bizi üzüqara edənlərlə qonşu olmaq da bir cür mənəvi əzabdır. Bunu edən hər kimdirsə bilməliydi ki, əvvəlcə adam olmaq lazım, sonra peşə seçmək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi