Azərbaycanda kişi sonsuzluğunun əsas səbəbləri - Uroloqdan
Requlyar cinsi həyat yaşayan cütlükdə1 il ərzində hamiləliyin olmaması sonsuzluq sayılır. Statistikaya görə dünyada 8-15 % ailə cütlüyü sonsuzdur.20-30 il əvvəl hesab olunurdu ki,sonsuzluğun kişi faktoru 40%-dir,hazırda bu rəqəm 50% təşkil edir.Yəni,kişi sağlamlığı pisləşir və kişi sonsuzluğu artır.
Bioloji Təbabət Klinikasının həkim uroloq androloqu Xalid Kərimov son zamanlar kişilərdə rast gəlinən sonsuzluq səbəblərini açıqlayıb.
- Kişi sonsuzluğuna gətirən faktorlar:
- Varikosele
Xaya venalarınınn əksər hallarda sol tərəfli,az hallarda iki tərəfli genişlənməsidir.
- Hormonal (hipoqonadizm)
Xayaların anadangəlmə inkişafdan qalması,əsas kişi cinsiyyət hormonu olan testosteronun miqdarının normadan aşağı olması.
- İnfeksiyalar
Cinsi yolla keçən infeksiyalar morfoloji sağlam spermatozoidlərin sayını azaldır və onların hərəkətini zəiflədir.
- Kriptorxizm
Xayaların xayalığa düşməməsi,qasıqda və ya qarın boşluğunda ilişib qalmasıdır.Bir tərəfli kriptorxizm 50% hallarda,ikitərəfli isə 100% sonsuzluğa gətirə bilir.
- Erektil disfunksiya (cinsi zəiflik)
Cinsi istəyin və ya ereksiyanın olmamasıdır.
- Sistem xəstəliklər
Böyrək və qaraciyər çatışmazlığı,piylənmə,şəkərli diabet və mukovissidoz sonsuzluğa gətirə bilər.
- Toxumdaşıyıcı axacağın daralması
Bu anadangəlmə və ya keçirilimiş cinsi infeksiyalardan sonra baş verə bilər.
- Diaqnostika spermaqramma analizi ilə başlayır,bundan savayı cinsi yolla keçən infeksiyaların yoxlanması,qanda hormonlar və xayaların ultrasəs müayinəsi də istənilə bilər.
- Müalicə taktikası sonsuzluğun səbəbi müəyyən edildikdən sonra seçilir.Varikosele,kritorxizm və toxumdaşıyıcı axacaqların daralması cərrahi yolla aradan qaldırılır,yerdə qalan hallarda isə dərman müalicəsi tətbiq olunur