Səlcuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qaziləri ilə görüşdü
Türkiyənin məşhur “Bayraktar” döyüş pilotsuz təyyarələrini istehsal edən “Baykar Holding” şirkətinin texniki işlər üzrə direktoru Selcuk Bayraktar qardaş ölkədə , İstanbul xəstəxanalarından birində müalicə olunan Qarabağ qaziləri ilə görüşüb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Selcuk Bayraktar bu haqda özünün sosial media hesabından qısa videogörüntülər paylaşıb.
Kadrlarda Selcuk Bayraktar qazilərin müalicə olunduğu palataya baş çəkir, onlardan biri ilə-Elnur Babayevlə söhbət edir və qazinin Azərbaycandakı övladlarına salam göndərir. “Aylin və Əli qardaşlarım da daxil olmaqla bütün şəhid və qazilərimizin övladlarına salam olsun...”,-Bayraktar yazıb. O, qazilərə PUA maketi hədiyyə edib.
“Aylin qardaşıma Türkiyədən salamlar. Qəhrəman atanızla tanış olduq. İnşallah, siz də daha böyük əsərlər yaradacaqsınız. Qarabağ Azərbaycandır!”,-o bildirib. Azərbaycanlı qazi isə “Sizdən də yeni nailiyyətlər gözləyirik” deyib.