azia.az
azia.az

Səlcuq Bayraktar “F-35” və pilotsuz hərbi təyyarənin yaradılması haqda

22-04-2021, 21:08


Səlcuq Bayraktar “F-35” və pilotsuz hərbi təyyarənin yaradılması haqda
Məlum olduğu kimi, ABŞ Müdafiə Nazirliyi dünən axşam Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarıldığı barədə Ankaraya məlumat verildiyini elan etdi.

Virtualaz.org-un məlumatına görə, həmin açıqlamadan sonra “F-35”lər yenidən gündəmə gəlib və “Bayraktar” PUA-larının istehsalçısı olan “Baykar Savunma” şirkətinin rəhbəri Səlcuq Bayraktar əhəmiyyətli açıqlamalar verib.

“Telegram” səhifəsində video yayımlayan Bayraktar qeyd edib ki, “F-35”ləri verməmələri “bu gün bizim üçün bir dezavantaj kimi görünsə də, sabah milli müdafiə sənayemiz üçün ən böyük üstünlüklərdən biri ola bilər. Çünki proqram təminatı xaricdən alınır. Və belə olan halda atəş açılan zaman nəyin baş verəcəyinə qərarı biz vermirik. O, bizi müstəqil istifadə baxımından ciddi məhdudiyyətlərə məruz qoya bilər. Bundan əlavə, satınalma, istismar və təmir xərcləri nəzərə alınarsa, söhbət illər ərzində on milyardlarla dollarlıq bir layihədən gedir.

Bəli, bu gündən etibarən belə bir təyyarə istehsal etməyimiz 15-20 il çəkəcək.

İnkişaf etdiriləcək milli platformanın tədarük, istismar və təmir xərcləri istənilən halda “F-35”dən az olacaq.

Xaricdən satın alınacaq sistemin mümkün istifadə məhdudiyyətlərini və potensial embarqoları nəzərə alsaq, milli döyüş platforması bizə müstəqil istifadə imkanı verəcək”.

Bayraktar belə təyyarənin ilk uçuşunun təxminən nə zaman olacağının proqnozunu da verib: “Məqsədimiz bu platformanın prototipinin ilk uçuşunu 2023-cü ildə həyata keçirməkdir”.
Səlcuq Bayraktar “F-35” və pilotsuz hərbi təyyarənin yaradılması haqda
My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi