azia.az
azia.az

Təşəkkürlər Polisim! Sayəndə güvən içində yaşayıram. Polis gününüz mübarək olsun!

2-07-2017, 09:49

Təşəkkürlər Polisim! Sayəndə güvən içində yaşayıram. Polis gününüz mübarək olsun!


Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.
Heydər Əliyev


Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.
Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet mili- si mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.

Təşəkkürlər Polisim! Sayəndə güvən içində yaşayıram. Polis gününüz mübarək olsun!Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir.

Daxili işlər orqanlarında xidmət böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm, təhsil və təcrübə tələb edir. Və Azərbaycan polisi bu tələbin öhdəsindən lazımi qədər gəlir.
Azərbaycan polisi həmişə öz vəzifəsini layiqincə yerinə yetirib. Zaman-zaman insanlar arasında polislərə münasibət birmənalı olmasa da, hər çətinlikdə polisin köməyindən yararlanan insanlar artıq öz düşüncələrindən əl çəkməyə başlayıb.

Təşəkkürlər Polisim! Sayəndə güvən içində yaşayıram. Polis gününüz mübarək olsun!Səlahiyyətləri çərçivəsində bacardıqları qədər xalqa xidmət edən polislərimiz, bəzən öz vəzifə borcu olmayan sahələrdə də insanlıq borcunu önə sürüb, canlarından keçiblər.
Bəli, dənizdə boğulan cütlüyü xilas etmək üçün həyat yoldaşının yalvarışına məhəl qoymayaraq “Mən hər şeydən əvvəl polisəm və işim insanları xilas etməkdir”-deyən 27 yaşlı polis serjantı Zaur Nurəliyev də belə polislərdən idi. O, həyatını təhlükəyə atdı, son mənzilə göz yaşlarıyla yola salındı, amma o hələ də hamının qəlbində yaşayır

Təşəkkürlər Polisim! Sayəndə güvən içində yaşayıram. Polis gününüz mübarək olsun!Ötən il Yasamal rayonu Abdulla Şaiq küçəsi 48A ünvanında qaz sızması nəticəsində güclü yanğın olub.
Yanğının evin giriş qapısının əhatə etməsi evdə olan azyaşlının həyatı üçün təhlükə yaradıb.
Əraziyə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları azyaşlını alovun caynağından xilas ediblər.
Sonradan yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.
Təşəkkürlər Polisim! Sayəndə güvən içində yaşayıram. Polis gününüz mübarək olsun!
Və ya 19 may faciəsi zamanı alovlar içinə atılaraq insanları xilas etməyə çalışan polislərimiz... Onların da evlərində yollarını gözləyən körpələri olduğu halda, bunu düşünmədən yanğın içindən kömək üçün qışqıranların fəryadına qaçdılar. Belə polislərimiz də çoxdur... Bir körpənin ölümün pəncəsindən xilas edildiyi anın fotosu...
Bəli. Bu, polislərimizin gördüyü işlərin hamısı deyil, sadəcə bir neçəsidir. Çox vaxt mətbuatda polislərə tənqidi yanaşma olur, buna sübut video və fotolar da göstərilir. Düzdür, bəlkə də vəzifəsindən sui istifadə edən polislər var, amma bu bütün polislərin adına ləkə gətirmir.
PS:Bir müddət öncə avtobusla evə gələrkən, qəfil yolda polis maşınları siqnal verə-verə bir şəxsi avtomobili ilə sağa-sola sürərək qaçmağa çalışan adamı tutmağa çalışdığını gördük. Adam qaçmaq istəyir, polislər onu sıxışdırır. Avobusun sərnişinləri tez başladılar polisləri suçlamağa ki, gör yazıq adamı necə incidirlər. Sual verdim ki, siz bilirsizmi o adamın günahı nədir? Bəlkə adam öldürüb, çox böyük günah sahibidir, heç kəs cavab vermədi. Təbi ki veriləcək cavabları yox idi. Və bayaqkı səs-küy sükutluqla əvəzləndi. Axşam televizorda həmin adamın cinayətkar olduğunu bildirdilər. Deməli, o polislər haqlı idi. Bəs görəsən insanlar niyə bilmədən kimisi suçlaya bilirlər.

Polis, bir ölkənin təhlükəsizliyini təmin etmək və qorumaqla vəzifəlidir.

Polis həmçinin, özü üçün xüsusi olaraq müəyyən edilmiş vəzifələri yerinə yetirməklə məsuldur. Bəs bunları edən polislərimizin ailələri və şəxsi həyatları?
Təbii ki onlar da insandır! Onların da şəxsi həyatları var. İş başında bir gənc qıza zərər vermiş bir cinayətkarı tutmaq üçün, ya da yaşlı bir xalanın bazarda alış-veriş edərkən pul kisəsini oğurlamış birini tutmaq üçün qaçarkən; Küçə arasında məktəbdən qayıdan kiçik bir uşağı sıxışdıran və ona narkotik satmağa çalışan məktəb dəstəsini dağıdarkən, ya da ölkəmizi parçalamağa çalışanlara göz açmağa imkan verməyərkən də bir ailəsi var polisin...
Ancaq o bu ülvi vəzifələri yerinə yetirərkən evini, uşaqlarını, sevdiklərini ikinci plana ataraq öz canından əvvəl çətində olanı, zərər görəni xilas etməyə çalışan insanlardır-polislərimiz.

Təşəkkürlər Polisim! Sayəndə güvən içində yaşayıram. Polis gününüz mübarək olsun!

Vüsalə Qələndərli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi