Azərbaycanda peyvənd vurduran kişi qəfil öldü - AÇIQLAMA+FOTO
36 yaşlı Samir Məhərrəmov koronavirus peyvəndi vurulduqdan sonra may ayının 29-da vəfat edib.
Azərforum xəbər verir ki, mərhumun dostları, yaxınları onun ölümünə peyvəndin səbəb olduğunu bildiriblər. Samir Məhərrəmova mayın 27-də Çin istehsalı olan "CoronaVac" peyvəndinin birinci dozası vurulub. Yaxınlarının iddiasına görə, peyvəndlənmədən sonra Samir Məhərrəmovun halı qəfil pisləşdikdən sonra ailə onu Nəsimi rayonundakı "Baku Medical Plaza"ya yerləşdirib.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, Samir Məhərrəmovun ölümünə səbəb peyvənd olmayıb.
TƏBİB-dən verilən məlumata görə, Samir Məhərrəmovun ölümünün peyvəndlə əlaqəsinin olub-olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır: "Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil".