azia.az
azia.az

Humanitar Kollecin direktoru deyir ki, “şam tutmaq” fəlsəfi sözdür - Zakir Qaralovun qohumu tələbəyə hədə-qorxu gəlir

17-03-2021, 04:03

Humanitar Kollecin direktoru deyir ki, “şam tutmaq” fəlsəfi sözdür - Zakir Qaralovun qohumu tələbəyə hədə-qorxu gəlir
Koronavirus pandemiyası dünyanı bürüyən fəlakətdir. Hazırda dünyada karantinlə bağlı ciddi gərginlik yaşanır.
Ancaq bu pandemiya həm də cəmiyyətdəki boşluqları, zəif yerləri də üzə çıxardı. Yəni müəyyən mənada bunun müsbət tərəfi də var. Cəmiyyət özünün zəif yerlərini müəyyən edib, tədbirlər görə, problemlərini aradan qaldıra bilər.
Son vaxtlar Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə baş verən olay cəmiyyətdə haqlı olaraq ciddi təpki ilə qarşılandı.
Kollecin gənc xanım direktoru Nərmin Qaralova ilə bağlı VİDEO-dan açıq-aşkar görünür ki, direktor öz tələbələrinə qarşı nəinki aqressivdir, hətta çox tərbiyəsiz davranır. Və tələbəyə “Bizə şam tutan lazım deyil” deyə xəbərdarlıq edir.
Birincisi, bütün dünyada ictimai nəzarət, o cümlədən tədris ocaqlarında tələbə nəzarəti deyilən vacib məsələ var.
Xanım direktor isə VİDEO-dan göründüyü kimi deyir ki, kimdir orda tələbə, nə ehtiyac var və s.
İkincisi, direktor “sinif nümayəndəsi” sözünə cavab olaraq soruşur ki, sinifkom ?
Üçüncüsü, kollec direktoru “Bu dəqiqə imtahanı dayandıracam ha “ deyərək tələbələrə hədə-qorxu gəlir. Bu nəinki müəllimə, direktora, hətta qadına xas cəhət deyil…
Bütün bunlardan sonra direktor Nərmin Qaralova “ayıbına kor olmaq” əvəzinə öz hərəkətinə fəlsəfi don geydirir:
“Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Qədim Yunanıstanda filosoflar, pedoqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm. Ona görə də sinif nümayəndəsinə ehtiyac olmadığını, tələbələrin üç nəfərdən ibarət olmaqla imtahana girmələrini, burada hansısa şahidə və etibarlı şəxsə ehtiyac olmadığını bildirmişəm. Çünki burada müəllim, assistent, tədris şöbəsinin müdiri var. Ona görə də əlavə şəxsə ehtiyac yoxdur”.
Qaralova utanmadan deyir ki, “mənim tərbiyəm yol verməz”.
Sən şagirdə şamtutan deyirsən, sonra da tərbiyədən danışırsan.
Sənin tərcümeyi-halından görünür ki, sən 3 uşaq anasısan, universitetdə dekansan və daha nələr.
Qaralova deyir ki: ” Xəbər qərəzlidir, çünki imtahan yanvar ayında olub, xəxbəri niyə 1 ay sonra paylaşıblar, bu təxribatdır”.
Xanım Qaralova !
İmtahan lap 3 il əvvəl olub.
Bunun məsələyə nə dəxli var ?
Sən videoda açıq-aşkar “Şamtutan” deyirsən.
Sən deyirsən ki, qədim yunanlar şam tutmaq sözünü yaxşı mənada işlədib.
Vallah ayıbdır. Yunanları bu məsələyə qatma.
Qaralovanın kimliyi barədə onu deyə bilərik ki, Nərmin Qaralova əslən Gürcüstanın Respublikasının Başkeçid rayonunun Ormeşan kəndindəndir.
Onu da bildirək ki, Nərmin Qaralova ilə eyni soyada sahib olan Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov da əslən Ormeşan kəndindəndir.
Gundelik-baku.com-a daxil olan məlumata görə, Direktorun tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.
gundelik baki.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi