Ermənistan öz hərbçiləri içində Azərbaycana işləyən casus yaxaladığını bəyan edib
Ermənistan kəşfiyyatı ölkənin yüksək rütbəli hərbçiləri arasında Azərbaycana işlədiyi təsbit olunan bir casus yaxaladıqlarını iddia ediblər.
Azia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.
Saytın xəbərinə görə, iddia olunan casusa artıq dövlətə xəynat ittihamı elan edilib. Onun evində aparılan axtarış zamanı döyüş sursatı, casusluqda istifadə olunan avadanlıq, habelə aktual hərbi informasiyanı əks etdirlən sənədlər aşkar edilib.
Ermənistan Milli təhlükəsizlik xidmətinin məlumatına əsasən həmin şəxs Müdafiə nazirliyində yüksək vəzifə tutub və hərbi sirr daşıyan informasiyalara çıxışı olub. Xüsusilə yaxalanan şəxsin Ermənistanın Dağlıq Qarabağdakı hərbi hissələrində ilk vurula biləcək obyektlərin siyahısı, habelə ordunun hərbi texnikası, onun silahları haqqında mühüm informasiyaları bildiyi ortaya çıxıb.
Ermənilərin xəbərinə görə, bəhs olunan hərbçi Gürcüstana səfər edən zaman Azərbaycan kəşfyyatı tərəfindən ələ alınıb. Onun dəfələrlə Gürcüstanda olduğu, həmin vaxtlarda topladığı məlumatları kuratorlarına ötürdüyü qeyd edilir.