İşğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindəki hərbi hissələrindən birinin komandiri və komandir müavini cəzalandırılıb.
Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, onlar tutduqları vəzifədən azad ediliblər. Ermənistan Silahlı Qüvvələrinin rəisi Movses Akopyan bu barədə xəbəri təsdiqləyib.
Məlumatda deyilir ki, hissə komandiri və müavininin cəzalandırılmasına səbəb mayın 7-də 3 hərbçinin Qarabağdakı su dəryaçasında boğulmasıdır. Həmin hadisə zamanı Ruben Barqserqyan (1998), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyanın (1998) meyiti dəryaçadan çıxarılmışdı.