azia.az
azia.az

Şad xəbər:Bakı metropoliteninin fəaliyyəti bərpa edilib

14-09-2020, 11:12

Şad xəbər:Bakı metropoliteninin fəaliyyəti bərpa edilib

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Azia.az xəbər verir ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

Stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçülür, koronaviruş şübhəsi olan vətəndaşlar, stansiyalara buraxılmırlar. Bununla yanaşı, stansiyaya daxil olan sərnişin metro ərazisini tərk edənə qədər tibbi maskadan istifadə etməlidir. Bunun üçün hər stansiyada xüsusi nəzarətçilər ayrılıb. Platforma və stansiya ərazisində olan metro nəzarətçiləri sərnişinlərə sosial məsafə saxlamağa, tibbi maskalardan istifadəni tapşırır. Stansiya ərazisinə maskasız sərnişin buraxılmır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi