"Yoluxmanın artması bir daha göstərdi ki, bu xəstəxanalara ciddi ehtiyacımız var" - Yaqut Qarayeva
“Azərbaycanda ikinci modul tipli xəstəxananın açılması üzərində intensiv işlər gedir”.
Azia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, ikinci modul tipli xəstəxana Gəncə şəhərində açılacaq:
“Daha sonra Sumqayıt şəhərində açılacaq. Son statistik rəqəmlər göstərir ki, modul tipli xəstəxanaların açılması vacibdir. Çünki aktiv xəstə sayı hər gün artır”.