Tanınmış milyarder ailəsi ilə birlikdə təyyarə qəzasında öldü
Bakı-APA. Braziliyanın San Paulu şəhərində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.
Məlumata görə, eniş məqsədilə manevr edən pilot idarəetməni itirib, nəticədə təyyarə qaraja çırpılıb. Qəza nəticəsində 4 kişi və 3 qadın ölüb. Qəza nəticəsində yerdə olan bir qadın da yaralanıb.
Məlumata görə, təyyarənin tanınmış braziliyalı milyarder Rocer Aqnelliyə məxsus olduğunu bildirilir.
Məlumata görə, “Vale” dağ-mədən korporasiyasının sabiq prezidenti Rocer Aqnelli təyyarədə olub və qəza nəticəsində ölüb. Yerli mətbuatın məlumatına görə, pilot və sahibkardan başqa təyyarədə, həmçinin, onun həyat yoldaşı, oğlu və qızı yoldaşları ilə birlikdə olublar.