azia.az
azia.az

"ERMƏNİ ONUN BAŞINA PUL QOYMUŞDU....."

15-02-2020, 17:46

Senan Akifoglu
"ERMƏNİ ONUN BAŞINA PUL QOYMUŞDU....."

Dostlarıma,jurnalistlərə, yazarlara, müharibə haqqında film çəkənlərə, şəhidlərimizin qohum- əqrabalarına, döyüş xatirələrini qələmə alanlara,ssenari yazanlara....
Mən vətənini hər mövcudiyyətdən çox sevən, milli mənsubiyyəti, dini, milli dəyərləri ilə fəxr edən biri olan,1988-1994- cü illər arası prosesləri görmüş,dərk etmiş, əsil mənada döyüşmüş,şərəflə döyüşən ogullarımızın komandiri olmuş vətəndaş olaraq başlıqdakı ifadəyə lüzumsuz müraciətlərə,istinadlara son qoymaga çagırıram....
Yaşadıgımız zamanda dogrulara istinad etmək dogrudur.
Döyüşçünun vəzifəsi döyüşmək,düşməni məhv etməkdir.Döyüşlərdə seçilən,düşmənə agır itkilər verən,fövqaladə xidməti və bu xidmətin nəticəsi olaraq ən seçkin hərbi müvəffəqiyyətin səbəbkarı,iştirakçısı olan döyüşçü Vətən qarşısındakı xidmətlərə görə təltif edilir.
Ən yüksək,fəxarətli ad-Milli Qəhrəman adıdır.
Başqa növ hərbi təltiflərdə fərdi şücaətlərə görə izhar edilmiş dövlət diqqəti və qaygısıdır.
Ayrı-ayrı döyüşənlər haqqında yazanda,kino çəkəndə,müsahibələr alanda "erməni başına pul qoymuşdu.." ifadəsin işlətməyin.
Mən, bu mövzunu ən xırda detallarına qədər izah edərdim.
Ancaq FB- mövzusu və yeri deyil bu...
Sadəcə olaraq,təvəzökarlıq, dogruluq,həqiqət çərçivələrinə zor eləməyək....
Düşmənə qarşı döyüşmək hər kişinin işi olmasa da, daima dogruları söyləmək,olmuş faktları düzgün çatdırmaq,başqasının haqqına girməmək, kiminsə etdiklərini fantastik şəkildə təqdim etməməkdə hər yazarın,hər jurnalistin İŞİ DEYİL...
Heç unutmayın ki, düşmən siz yazanları oxuyur,çəkdiyiniz filmlərə baxır,nitqlərinizi dinləyir...
Gəlin hələki,qalib tərəf olan qatı düşmənlərimizin ikrahlı gülüşləri üçün mövzu təqdim etməyək, elə öz oxucu və dinləyicilərimizədə hörmət qoyaq.
QARABAGI AZAD EDƏN KOMANDANA PEYGƏMBƏRİM, ŞUŞAYA QİBLƏM DEYƏCƏM.
Allah önündə səmimi deyiləmsə, qoy cəzamı versin....


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi