azia.az
azia.az

Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT

17-01-2020, 22:56

Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT
98 saylı Şəmkir şəhər seçki dairəsində ciddi qanun pozuntusu baş verib. Sozcu.az-ın məlumatına görə, 98 saylı Şəmkir şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Sahibə Qafarovanın şəkilləri vaxtından əvvəl seçki təbliğatı üçün ayrılan lövhələrə vurulub. Bu isə gobud seçki pozuntusudr və vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başlayan şəxsin namizədliyi ləğv edilə bilər. Dövlət başçısının seçkilərin demokratik şəkildə keçirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra seçki qanununun YAP-ın namizədi tərəfindən nümayişkəranə şəkildə pozulması seçkilərin demokratiq qaydada keçiriləcəyini şübhə altına alır. Xatırladaq ki, bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin son qeydə alınma günüdür. Sabahdan etibarən namizədlərin təşviqat kampaniyasına start veriləcək.
17 yanvar tarixindən etibarən başlayacaq təbliğat-təşviqat kampaniyası 8 fevrala qədər davam edəcək. Seçkiyə 24 saat qalmış bütün təbliğat-təşviqat kampaniyalarına son qoyulacaq.
P.S. Faktla bağlı video da yayımlanacaq
Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT
Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi