azia.az
azia.az

Türkiyədə növbəti terror xəbərdarlığı - Çanaqqala zəfərinin ildönümündə

6-04-2017, 15:48

Türkiyədə növbəti terror xəbərdarlığı - Çanaqqala zəfərinin ildönümündə


Avstraliya hökuməti növbəti dəfə Türkiyədə terror aktının törədiləcəyi ilə bağlı dövlətə xəbərdarlıq edib.

BakiPost.azxarici mətbuata istinadən xəbər verir ki, Avstraliya hökuməti Türkiyənin Gelibolu yarımadasında aprelin 25-i Çanaqqala döyüşünün ildönümü ilə bağlı keçiriləcək bayram tədbiri zamanı terror aktının olacağı ilə məlumatının olduğunu bildirib.

Türkiyə hökumətinin də bu barədə məlumatlı olduğu qeyd olunub. Artıq Türkiyədə təhlükəsizlik tədbirlərini gücləndirməklə bağlı qərar belə verilib. Hazırda yarımadada yüksək səviyyədə lazımi təhlükəsizlik tədbirləri görülür.

Eyni zamanda Avstraliya hökuməti terror hadisəsi ilə bağlı öz vətəndaşlarını Ankara və İstanbula səfər etməməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi