Fahişələrin özünü satışa çıxardığı “İnfiniti” klubla bağlı daha bir qalmaqal – Minlərlə manatı… (FOTO, VİDEO)
Bakının məşhur gecə klublarından biri olan “İnfiniti”nin adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb.
“Minval.İnfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayər işi üzrə məhkəmə iclası keçirilir. Həmin şəxslər “Azərişıq” ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur. İttihamda göstərilir ki, həmin şəxslər 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən “İnfiniti” klubuna transformatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar.