Kardiologiya İnstitutunun direktoru məhkəmədə uduzdu – EKSKLÜZİV
C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verən qanunsuzluqlar və direktor Gülnaz Dadaşovanın əməlləri məhkəmə salonlarına qədər gedib çıxıb.Bizimesr.az-a daxil olan eksklüziv məlumata görə, bu günlərdə Kardiologiya İnstitutunun məsul vəzifəli elmlər doktoru, direktor Gülnaz Dadaşova tərəfindən qanunsuz işdən çıxarıldığı üçün məhkəməyə iddia ilə müraciət edib.
Bizimesr.az-a daxil olan məlumatda bildirilir ki, məhkəmə araşdırmalardan sonra iddianı elmlər doktorunun xeyrinə təmin edib.Direktor Gülnaz Dadaşovanın əmri qanunsuz hesab olunanraq ləğv edilib, elmlər doktorunun yenidən işinə bərpa edilməsi və dəymiş ziyanın tam ödənilməsi qərara alınıb.
Qeyd edək ki, bu kimi qərarlar ölkə preizidenti İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı verdiyi fərmanların icrasının bariz nümunədir.