Kardiologiya Elmi - Tədqiqat İnstitutundan şokedici məlumatlar
Həkimin qəbul şöbəsinin xanım müdirəsinə qarşı qəzəbinin qarşısını direktor A.Baxşəliyev kəsib
Bir müddət öncə Çahangir Abdullayev adına Kardiologiya Elmi -Tədqiqat İnstitutu haqda yazı dərc etmişdik.
Həmin yazıda sözügedən səhiyyəocağındakı acınacaqlı durum, direktor Adil Baxşəliyevin rəhbərliyi altındaaparılan pulyığma kampaniyası və korrupsiya faktlarından söz açmışdıq. Həminyazıda Kardiologiya Elmi - Tədqiqat İnstitutunun korrupsiya qruplaşmasının əsasüzvlərindən biri olan qəbul şöbəsinin müdiri Lətafət Eyvazova haqda da bəhsetmişdik.
İndi isə azmedia.info-ya məlum məkandan və xanım müdirədən yeni faktlardaxil olub.
Kardiologiya Elmi-Tədqiqat İnstitutunda baş verənlər haqda tam məlumatlı mənbənin azmedia.info-ya bildirdiyinə görə, rəsmi ştat cədvəlində qəbul şöbəsinin müdiri olan L.Eyvazovaəslində çox mühüm mövqeyə malikdir: “Lətafət Eyvazova Adil Baxşəliyevin burdakı“kassası” sayıla bilər.
Çünki adı xəstəlik tarixçəsinin açılmasından tutmuşciddi əməliyyatlara, böyük pulsilmələrə qədər əksər korrupsiya vəsaitləri məhzbu xanımın əlinin altından gəlib keçir”.
Mənbəmiz belə böyük imkanların L.Eyvazovanın həyat şəraitində özünü açıq şəkildə göstərdiyinə də diqqət çəkib:“Lətafət xanımın rəsmi əmək haqqısı 200 manattəşkil edir. Kardiologiya Elmi - Tədqiqat İnstitutundan şokedici məlumatlar
Amma onun malik olduğu kapitala nəzər yetirdikdə həmin kapitalındəyəri bu əmək haqqı ilə qətiyyən uyğunluq təşkil etmir.
Məsələn onun, Bakıkəndlərinin birində 3 mərtəbəli villaya, Ayna Sultanovaheykəlinin yaxınlığında dəyəri 200 min manat olan mənzilə sahib olması, 80 minmanat dəyərində avtomobil sürməsi, mobil telefonun qiymətinin 1000 manat olmasıbuna əyani sübutdur.
Axı necə ola bilər ki, bir səhiyyə müəsisəsinin qəbulşöbəsinin müdiri öz qızına ad günündə 50 min manatlıq maşın hədiyyə etməkimkanında olsun? Lətafət xanım isə bunu bacara bilib.”
Mənbəmiz azmedia.info-ya L.Eyvazova ilə direktor A.Baxşəliyevin ortaq əməliyyatlarından biri ilə də bağlı da ilginc məlumatlar verib.
Kardiologiya Elmi - Tədqiqat İnstitutundan şokedici məlumatlar
Belə ki, azmedia.info-ya daxil olan həmin məlumatlara görə, birmüddət öncə Kardiologiya Elmi - Tədqiqat İnstitutunun baş həkimi Əhməd Babayev məzuniyyətdə olduğu müddətdə L.Eyvazova baş həkimə aid möhürü götürərək əlilllikmüəyyənləşdirilməsi üçün nəzərdə tutulan boş blankları möhürləyib.
Daha sonraisə həmin hazır möhürlü blanklarla onlarla şəxsə əlillik haqda saxta sənədverilib.
Mənbəmizin sözlərinə görə, baş həkim Ə.Babayev sonradan bu olaydan xəbər tutsa da heç nə edə bilməyib.
Baş Həkimin qəbul şöbəsinin xanım müdirəsinə qarşı qəzəbinin qarşısını direktor A.Baxşəliyev kəsib.
Bu isə başverən saxtakarlıq və gələn gəlirə direktorun da şərik olduğu qənaətini yaradır.