Vəzifəli şəxs işdən çıxarıldı – 45 gün əvvəl təyin edilmişdi
“Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin rəisi Vaqif Xəlilov işdən azad edilib. Oxu.Az xəbər verir ki, onun hansı səbəbdən işdən çıxarıldığı məlum deyil.
Qeyd edək ki, o, 45 gün əvvəl bu vəzifəyə təyin edilibmiş. V.Xəlilovu sözügedən postda hazırda Şöhrətdin Verdiyev əvəz edir.