ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib
Azia.az təqdim edir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib. Trend-in məlumatına görə, bu barədə "Axios" nəşriyyatı Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə istinadən yazıb. Məlumata əsasən, ümumilikdə mərkəzin mütəxəssisləri 28 iyul tarixindən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəliklərini araşdırırlar. İlkin məlumatlara görə, xəstəliklər elektron siqaret istifadəsindən qaynaqlanır. Bildirilir ki, veyp siqareti çəkən bir nəfər insan ölüb. O ağır tənəffüs xəstəliyi ilə xəstəxanaya yerləşdirilmişdi.