DNK-nı zədələyə bilən maddə əmələ gətirir
ABŞ-ın Konnektikut Universitetinin alimləri idda edirlər ki, elektron siqaret insanı DNK-sını zədələyə bilər. Turkustan.info Sputnik-ə istinadən xəbər verir ki, bu barədə məqalə “ACS–Sensors” jurnalında işıq üzü görüb.
Mütəxəssislər 3D printer vasitəsilə insan hüceyrələrində olan biopolimerlərə kimyəvi maddələrin təsirini əks etdirən mikrofilid sistem hazırlayıblar. Daha sonra hazırlanmış model üzərində siqaret tüstüsünün və elektron siqaret buxarının təsirlərini müəyyən ediblər. Alimlər öyrəniblər ki, mayedə həll olunan kimyəvilər katalizator fermentlərlə reaksiyaya girərək DNK-nı zədələyə bilən maddə əmələ gətirir. Onların fikrincə, tərkibində nikotin olmayan elektron siqaretlər belə, adi siqaretlər kimi dağıdıcı gücə malikdir. Amma bununla yanaşı, elektron siqaretlərin nəfəs yollarına daha az zərər verdiyi də istisna edilmir. Belə ki, 2015 –ci ildə Böyük Britaniya Səhiyyə Nazirliyinin hesabatına görə, veipinq – elektorn siqaret insan sağlamlığı üçün siqaret çəkməkdən 95 faiz az zərərlidir.