Oğurluq hadisəsi Masallıda baş verib
Masallıda 22 nömrəli marşrut xətti üzrə çalışan bütün avtobus və mikroavtobusların akkumulyatorları oğurlanıb.
Oğurluq barədə İstipress-in Cənub bürosuna həmin xətdə çalışan sürücülər məlumat verib. Onların bildirdiyinə görə, Masallı-Boradigah xətti üzrə çalışan avtobuslar Ərkivan qəsəbəsində yerləşən qarajda saxlanılır və oğurluq hadisəsi də elə qarajda, gecə saatlarında baş verib. Səhər saatlarında işə çıxan sürücülər maşınlarının akkumulyatorlarının oğurlandığını görüblər və hadisə ilə bağlı 102 xidmətinə məlumat veriblər. Hadisə yerinə Masallı rayon polis şöbəsinin əməkdaşları gəlib. İstintaq üçün zəruri olan materiallar toplanılıb. Məlum olub ki, 9 avtobusun akkumulyatorları oğurlanıb və sürücülərə ümümilikdə 1400 manatdan çox ziyan dəyib.
Faktı Masallı rayon polis şöbəsi araşdırır.