azia.az
azia.az

Bakıda yüksək çinli məmurdan ŞOK: Rafiq Cəlilov Bakı şəhər Tikinti Trestinin rəisini döydürüb - VİDEO

19-06-2019, 08:53


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilov Bakı şəhər Tikinti Trestinin rəisini döydürüb.
Bakıda yüksək çinli məmurdan ŞOK: Rafiq Cəlilov Bakı şəhər Tikinti Trestinin rəisini döydürüb - VİDEO
BakuPost.az-ın məlumatına görə, bu iddia ilə tikinti trestinin rəisi Hacıyev Hüseyn Hacı oğlu özü çıxış edib.

O bildirib ki, 1993-cü ildə Bakı şəhər Tikinti Trestinin rəisi təyin edilib və uzun illərdir, həmin vəzifədə işləyir: "Biz əmək kollektivi ilə birlikdə tikinti trestinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 38 sot torpaq sahəsini özəlləşdirmək istəyirik, lakin Rafiq Cəlilov illərdir, bizə imkan vermir və ərazini zəbt edib”.

Şikayətçi deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli olan torpaq sahəsi barədə Ali Məhkəmənin çıxardığı son qərar trestin əmək kollektivinin ərazisini özəlləşdirə biləcəyi barədədir, lakin məhkəmənin hökmünə rəğmən Kərəm Həsənovun müavini Rafiq Cəlilovun adamları ərazini zəbt edib və çıxmır: "Mən bir-neçə il əvvəl Kərəm Həsənovun qəbulunda oldum. Problemimi ona danışdım. Soruşdu, kimdi mənə mane olan. Dedim, Rafiq Cəlilovun adamları ərazini zəbt edib, çıxmır. Kərəm müəllim digər müavini Rüstəm Şahbazova tapşırıq verdi ki, problemi həll eləsin. Səhəri gün Rafiq Cəlilovun adamları bizim ərazidən çıxarıldı. Ancaq bir ay sonra həmin qoçular yenidən gəldi, ərazini işğal elədi. Mənim 73 yaşım var, yaşlı insanam. Rafiq Cəlilovun adamları etiraz elədiyim üçün məni döydülər, təhqir elədilər”.

H.Hacıyevin sözlərinə görə, bundan sonra da illərlə məsələ ilə bağlı Baş Prokurorluğuna, Kərəm Həsənova dəfələrlə məktublar yazıb, ancaq heç birinə cavab verilməyib: "Rafiq Cəlilovun adamları məni döydüyü üçün Baş Prokurorluğa şikayət elədim. Həmin şikayət məktubu göndərdilər Kərəm Həsənovun üstünə. 18 ildir, biz öz torpağımızdan istifadə edə bilmirik”.

Trest rəisi məsələ ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edib, ondan kömək istəyir: "Yoxlanısın, əgər mənim bir günahım varsa, qanun nə tələb edir, onu edək. Rafiq Cəlilov Ali Məhkəmənin qərarlarını icra eləmir”.

Bakıda yüksək çinli məmurdan ŞOK: Rafiq Cəlilov Bakı şəhər Tikinti Trestinin rəisini döydürüb

Hüseyn Hacıyev

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında bildirib ki, haqqında bəhs edilən torpaq sahəsinin ümumiyyətlə onların qurumuna aiddiyəti yoxdur: "Həmin ərazi özəlləşdirmə predmetinə daxil deyil. Bizimlə hansısa formada əlaqəsi yoxdur. Nəinki Əmlak Məsələləri Dövlət Komitəsi ilə, heç Rafiq Cəlilovla da o torpaq sahəsinin heç bir bağlantısı yoxdur. Şikayətçi bu məsələdə yalan ittihamlar səsləndirir və böhtanla çıxış edir”.

Q.Xəlilov deyib ki, həmin ərazi Bakı şəhər İcra Hakimiyyəti ilə mübahisələndirilib və məhkəmə çəkişməsi də BŞİH-lə trest arasında gedir: "Əmlak Məsələləri Dövlət Komitəsi bu məsələdə məhkəmədə də tərəf deyil. Bizim bu torpaq mübahisəsinə heç bir qarışacağımız yoxdur. BŞİH həmin ərazidə əlillərə yaşayış binası tikilməsi ilə bağlı göstəriş verib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi