Redaksiyamıza Yardımlıdan növbəti şikayət məktubu daxil olub. DİA.AZ olaraq həmin məktubu olduğu kimi təqdim edirik və qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bəri başdan bəyan edirik:
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev Cənab Prezidentin Sərəncamına əhmiyyət vermirlər. Ona görə ki, Mahir Mirzəyevin Yardımlı rayonun Deman kendinde 300 hektar əkin sahəsi var və dövlətdən ayrılan subsidiyaları bura yönəldir. Bele ki, Mahir Mizəyev 2005-ci ildən bu vəzifədə işləyir və Yardımlıya ayrılan bütün pulları mənimsəyib, korrupsiyanın içinde itib batır. Belə ki, 2015-ci ildə Yardımlının mərkəzində özünə 3 mərtəbəli villa tikdirdi dəyərii 2 miliyon dollar. Araşdırın görün Mahir Mirzeyev nəyin sahəsində bu imkanlara sahibdir. Yardımlının kralı bu işlərə necə göz yumub? Niye Mahir Mirzəyev işdən azad olmadi bu əməllərinə görə niyə qanun qarşısında cavab vermir. Bu insan nədir? .Bu sərəncama niye Yardımlı Rayon İcra Hakimiyyəti əməl etmir? Nədən biganə yanaşır şəxsən bu iki insan. İnanırıq ki Prezident Aparatı bu barədə bir tədbir görcəkdir.
Cənab Prezidentin Yardımlıda 2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında sərəncamı aşağıda göstərilib Təşəkkür edirik .
2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, taxılçılığın intensiv inkişafının təmin edilməsi, əkin sahələrindən optimal istifadə olunması, bitkiçiliyə dövlət dəstəyinin səmərəli təşkili, taxılın məhsuldarlığının və keyfiyyətinin müəyyən edilməsi, taxılçılıq sahəsində statistik uçotun təkmilləşdirilməsi və etibarlı məlumat-informasiya bazasının yaradılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
1.1. Azərbaycan Respublikasının rayonları üzrə taxıl (buğda və arpa) əkini sahələrinin GPS (Qlobal Məsafədən Mövqe Təyinetmə Sistemi) avadanlıqları və yer səthinin müşahidə peyki vasitəsi ilə monitorinqinin aparılmasını təmin etsin;
1.2. monitorinqin aparılması məqsədi ilə ilkin hazırlıq işləri və texniki təchizatla bağlı müvafiq tədbirlər görsün;
1.3. məlumatların avtomatlaşdırılmış emalını təmin etsin və monitorinqin nəticələrini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti;
2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin maliyyələşdirilməsini təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları monitorinqin aparılması prosesində iştirak etsin və aparılan işlərə zəruri texniki və informasiya dəstəyi göstərsinlər.
4. Yerli icra hakimiyyəti orqanları bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2017-ci il
№ 2768