azia.az
azia.az

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin işçilərinin məvaciblıəri verilmir-müəllimlər mitinqə hazırlaşır

7-03-2017, 13:54

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin işçilərinin məvaciblıəri verilmir-müəllimlər mitinqə hazırlaşır


Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin işçilərinin məvaciblıəri verilmir-müəllimlər mitinqə hazırlaşır
Azerbaycaninfo.az-a Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin işçiləri məvaciblıərinin verilmirməməsi barədə müraciət ünvanlayıb. Müraciətdə deyilir.

“Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri şöbənin tabeliyində olan musiqi məktəblərində işləyən 300-dən çox müəllimin və mədəniyyət işçisinin dekabr ayı üçün əmək haqqını verməkdən boyun qaçırır. Heç kəsə bunun səbəbi açıqlanmır və şikayət edən müəllimlər sərt təzyiqlə üzləşir. Dekabr ayının əmək haqqını şöbə müdirinə bağışlamaq tələb edilir. 150 manat əmək haqqı ilə ailə saxlayan işçiyə bu vəziyyət çox pis təsir edir . 5 məktəb var və hamısında eyni vəziyyətdir. Heç birinin müəllimi dekabrın maaşını almayıb. Əlavə olaraq muzey və klub işçilərinin də əmək haqqı saxlanılıb. Eləcə də, hər ay müəllimlərin əmək haqqından 15 manat pul yığılır. Narazılığını ifadə edən neçə nəfər müəllimi mədəniyyət şöbəsinə çağıraraq şikayət etdiyi üçün “sakraşeniya” salacağı ilə hədələyir. Rayon icra hakimiyyətinin, hörmətli nazir Əbülfəz Qarayevin də xəbəri bu məsələdən var, əncam çəkən yoxdur.
Bu məsələyə aydınlıq gətirmələrini tələb etməyinizi xahiş edirəm.

300-500 nəfərin aldığı məvacibi 150-200 manata vuranda görün nə boyda puldan söhbət gedir. Nəzərə alsaq ki, müəllimlərin başqa gəlir yeri yoxdur, ancaq maaşla dolanır, onda vəziyyətin nə yerdə olması daha aydın görünər.

Fevralın ayını maaşı kəsirlə verildi. Bu ay hər kəsin maaşı 50 manat kəsirlə vuruldu. Bu azmış kimi hər maaşdan 15 manat şöbə müdirinə pul yığılır. Dərdimizi kimə deyək. Siz də o qədər xəbər yazırsız, təkcə bu məsələni yazmırsız( anarxiya baş alıb gedir. 200 manat maaşın 65 manatı müxtəlif yollarla tutulur ). Siz yazmırsız, yaxşı edirsiz, başqa kimə demək olar. İctimai qınağın çox böyuk təsiri olur. Ən azından xəbəri olmayan yuxarıda oturanların xəbəri olur. Sizdən bu problemi işıqlandırmağınızı rica edirik .
Nə isə... Yenə də çox sağ olun”.
Xatırladaq ki, Prezidentin fərmanı ilə Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi yaradılıb. Və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinə Mirvari Zeynalova təyin olundu.
Məsələ ilə bağlı Mirvari Zeynalova ilə əlaqə saxladıq. Mirvari Zeynalova bildirdi ki, bəli, məvaciblərin verilməməsindən icra hakimiyyətinin və nazirliyin məlumatı var. O ki qaldı pul tutulmaları bu yalan və böhtandır. Musiqi məktəbinin müllimləri belə yazırlarsa mən təqdimat verib o məktəbi bağlatdıracam. Onlar yaxşılıq bilmirlər.

P.S. Biz obyektiv, tərəfsiz və qərəzsiz olraq ədalətin yanındayıq. Bu yolda nə olursa olsun belə.

Azerbaycaninfo.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi