Sərvəti icra başçısını kölgədə qoyan Neftçala maliyyə idarəsinin müdürü - İDDİA
Azərbaycanın rayonlarında illərdən bəri vəzifə başında oturanlar arasında az sayda məmurlar var ki, onlar da bəziləri kimi oliqarxlaşmış hesab olunurlar
Bu sırada öndə gedənlər arasında Neftçaladan olan məşhur idarə rəisi də var.
Qeyd edək ki, sözügedən rayonun Maliyyə İdarəsinə 15 ildir eyni adam rəhbərlik edir. Rəşid Manafov Neftçalada «oliqarx məmurlar»ın başında dayanır. Hətta icra başçısı İsmayıl Vəliyev belə sərvət məsələsində onunla ayaqlaşa bilməyən şəxs kimi qəbul edilir. Halbuki Vəliyevin də böyük maddi imkanları və geniş biznesi var.
Daxil olan məlumatlarda vurğulanır ki, Rəşid Manafovun təkcə Neftçalada deyil,Türkiyədə, Bakıda biznesi, evləri və mülkləri mövcuddur. Mənbə iddia edir ki, bu biznes sahələri mebel istehsalından tutmuş, ticarət mərkəzlərinə qədər hər şeyi əhatə edir.
Məlumatda deyilir ki, Rəşid Manafovun obyektləri aşağıdakı kimi sıralanır. Hərçənd bunun da tam siyahı olmadığı vurğulanır:
- Neftçala Avtovağzalının yaxınlığındakı mebel sexi;
- Rayon bazarındakı dəyəri xeyli baha olan Məişət Evi;
- Neftçalanın mərkəzində 8 ticarət mərkəzi;
- Tikinti-quraşdırma şirkəti;
- 500 hektardan çox torpaq sahəsi;
-Neftçala bulvarında yerləşən Bulvar kafe;
-10 larla torpaq sahəsi(ev və dükan tikmək üçün)
- Tikintisi davam etdirilən onlarla ticarət obyekti və sairə.
Bu siyahıda adı keçən tikinti-quraşdırma şirkəti kifayət qədər diqqət çəkəndir. Ona görə ki, Neftçalada İsmayıl Vəliyevlə birləşən Rəşid Manafov bir sıra tenderlərin qalibləri kimi çıxış ediblər.Dövlət büdcəsindən abablıq və quruculuq işlərinə görə ayrılmış vəsaitlərin silinməsi üçün nəzərdə tutulmuş həmin şirkətin işlərini isə başqaları həyata keçirib.
Məlumat verən, Neftçala sakinlərinin sözlərinə görə, rayonda rüşvətхorluq, məmur özbaşınalığı baş alıb gedir, heç kim buna dur demək istəmir. Bütün işlərin başında isə Rəşid Manafov dayanır.Krallar kimi bütün qohumlarını vəzifə yerləşdirən Rəşid Manafov rayonda öz yerini elə möhkəmləndirib ki, hətta İsmayıl Vəliyev belə ondan çəkinir.
Bundan başqa, Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri təyin etdirib. Hətta Aydın Abbasov Neftçalada yayılan və hər kəsin izlədiyi video-görüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin olunduğunu etiraf edib. Bələdiyyə sədri təyin olunandan Aydın Aslanov Neftçala rayonununda 10 - larla dükan yeri ev yeri sahələrini yaxın qohumlarının adına keçirib.
Rayon sakinlərinin verdiyi məlumatda bildirilir ki, Neftçala rayon bələdiyyəsinin sədri Aydın Aslanov o, qədər harınlayıb ki,Neftçala Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Firudin Nağıyev arasında küçədə baş vermiş dava-dalaş zamanı Firudin Nağıyevə "səni bura kim yolayıb İsmayıl Vəliyev? Onun mən..." deyə küçə söyüşləri ilə təhqir edib.
Dosye.org