azia.az
azia.az

Yevlax maliyyə idarəsinin rəisindən müdhiş faktlar

2-09-2016, 14:17

Yevlax maliyyə idarəsinin rəisindən müdhiş faktlar
Maliyyə idarəsinin müdiri icra başçısı ilə bağlı hansı kompramantlara malikdir?

Rza Əliyev müəmmalı şəkildə iş yerini dəyişərək Bərdədən Yevlaxa transfer olunub. Bu təyinatın sirri açıqlanmasa da, ehtimal olunur ki, onu Bərdədən uzaqlaşdırmaqla maliyyə yeyintiləri ilə bağlı söz-söhbətlərə son qoymaq istənilib.

Əksər regionlarda durumun ağır olduğunu hər kəs bilir. Bir sıra məmurların özbaşınalığı, qanundankənar hərəkətləri rayon sakinlərinin yaşayışlarını daha da ağırlaşdırır. Aidiyyatı qurumlara müraciət edilsə də, heç bir tədbir görülmür. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən, öz “qanunlarını” həyata keçirməklə məşğuldur. Yevlax rayon Maliyyə İdarəsində bu cür vəziyyət yaşanır. Bu idarənin rəhbəri haqda cumhuriyyet.az-a daxil olan məlumatlarda maraqlı məqamlar yer alır.

Bildirək ki, Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev 15 ilə yaxın Bərdə maliyyə idarəsinin müdiri vəzifəsində çalışıb. Hesablama palatasının yoxlaması zamanı R.Əliyevin ciddi maliyyə pozuntuları üzə çıxıb. Məbləğ o qədər böyük olub ki, bu rəqəmi iki dəfə azaltdıqda da R.Əliyevin cəzasız qalacağı müşkülə düşüb. Bu olayla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, o zaman Hesablama Palatasının rəhbərliyinə Gəncə şəhər icra Başçısı Elmar Vəliyev minnətçi düşüb və R.Əliyev Bərdədən Yevlaxa köçürülməklə canın qurtara bilib.

Mənbəmiz Rza Əliyevin qanunsuzluqlarının belə sülhlə yekunlaşmasının arxasında onun sahib olduğu bilgilərlə əlaqələndirdi. Belə ki, bir neçə il bundan öncə Rza Əliyevlə Vidadi İsayev, rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya və digər xanım qonaqlar məclisdə iştirak ediblər. Həmin məclisdə Rza Əliyevin Vidadi İsayevlə və müavini barədə çox ilginc bir kompramanta sahib olduğu deyilir.

Rza Əliyev müəmmalı şəkildə iş yerini dəyişərək Bərdədən Yevlaxa transfer olunub. Bu təyinatın sirri açıqlanmasa da, ehtimal olunur ki, onu Bərdədən uzaqlaşdırmaqla maliyyə yeyintiləri ilə bağlı söz-söhbətlərə son qoymaq istənilib.

Amma adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir. Maliyyə İdarəsinin rəisi Bərdəni çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Yevlaxda “vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər. Onun varidatının günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə reallaşmayıb. Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb. O, Bərdədə bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirib.

Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən 30 milyon manata yaxın pul vəsaiti ayrılıb. Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir. R.Əliyev büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o, bu işlərin heç birini etməyib.

Elə bunun nəticəsidir ki, R.Əliyevin nəvəsi Şahin Şahlarzadə Bərdədə “meydan sulayır”. İdarə rəisinin kürəkəni işində verdiyi nöqsana görə qovulub. Belə ki, sabiq polis zabiti Vüqar Şahlarzadə indi qayınatasının biznesini idarə edir. Onun oğlu olan Şahin isə babasına – idarə rəisi R.Əliyevə güvənərək Bərdədə “at oynadır”.

İddialara görə, Şahinin ətrafındakı bəzi dostları arasında zərərli aludəçi olanlar var. Həmin gənclər R.Əliyevin nəvəsi ilə birlikdə kef-damaqda, müxtəlif yerlərdə istirahətdədirlər. Onlar Şahinin babasının hesabına Gürcüstanda, Türkiyədə, Qəbələ – İsmayıllıda gün keçirirlər. Üstəlik, Şahinin Feysbuk səhifəsində qeyri-etik fotolar paylaşdığı bildirilir.

Ölkə əhalisinin və o cümlədən Bərdə və Yevlax camaatının güzəranın ağırlaşdığı bir vaxtda, insanların işsizlikdən əziyyət çəkdiyi bir zamanda maliyyə idarəsi rəisi R.Əliyevin büdcədən çırpışdırdığı pullar hesabına nəvəsi kef çəkməkdədir. Həmin video və fotolari şərhsiz diqqətinizə çatdırırıq:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi