azia.az
azia.az

DSMF sədri Sumqayıtda qəbul keçirəcək

11-02-2016, 09:51

DSMF sədri Sumqayıtda qəbul keçirəcək Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 18-i saat 11:00-da Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Sumqayıt şəhər şöbəsində (018) 65-15-15
Abşeron rayon şöbəsində (012) 342-96-06
Xızı rayon şöbəsində (02331) 5-01-64
Qobustan rayon şöbəsində (02024) 5-22-30
Qubadlı rayon şöbəsində (01856)5-41-37
Qəbulda iştirak edəcək vətəndaşların fevralın 18-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi