azia.az
azia.az

Şəkidə 3 şəhidin ailəsi diqqət mərkəzindədir

14-04-2016, 09:44

Şəkidə 3 şəhidin ailəsi diqqət mərkəzindədir Son günlər cəbhənin təmas xəttində şəhid olan hər 3 Şəki sakininin ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə başlanılacaq. Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlərin verilməsi mərasimində bu barədə danışıb.
Hər bir şəraiti olan hər iki yaşayış evinin növbəlilik əsasında Qarabağ əlillərinə verildiyini deyən İcra başçısı bir neşə gün əvvəl şəhid olan hərbçilərimizin ailələrinin mənzil şəraitinin yaxın günlərdə yaxşılaşdırılmasının da nəzərdə tutulduğunu dedi.
“Bizim Şəkidə 3 şəhidimiz oldu. Hər üçünün ailəsinin ev şəraitinin yaxşılaşdırılması üçün tapşırıq vermişik. Bu istiqqamətdə işlər davam edir.”
Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri bu istiqamətdə işlərin davam etdiyini bildirdi.
“Bu günə qədər respublika üzrə 4 800-ə yaxın həmin kateqoriyaya aid olan şəxslər evlə təmin olunub. Cari ilin bu günkü gününə qədər 100 ev sahibinə təqdim edilib. Bu gün də açılışını elədiyimiz Şəkidə 2, Oğuz rayonlarında 5 mənzilin sahibinə verilməsi baş tutub.”
Şəkidə 300 nəfər şəhid, 200 nəfər əlil, 700 nəfər də böyük döyüş yolu keçmiş müharibə iştirakçısı var. İndiyədək bu statusdan olan ailələr rayonda 4 ictimai bina olmaqla 114 mənzillə, kəndlərdə isə, 20-yə yaxın fərdi qaydada tikilən yaşayış evləri ilə təmin olunublar.
Aprelin 2-də Azərbaycanın işğal olunmuş ərazilərində başlayan gərginlik aprelin 5-nə qədər davam edib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin bəzi strateji yüksəklikləri ələ keçirdiyi insident zamanı Şəki rayonundan da 3 hərbçi şəhid olub. Onlardan biri baş leytenant, 1989-cu il təvəllüdlü Elnur İsgəndər oğlu İsgəndərov, Şəkinin Kiş kəndindən olan gizir, 1992-ci il təvəllüdlü Orxan Kazım oğlu Hümbətov və Şəkinin Böyük Dəhnə kəndindən olan 23 yaşlı hərbi qulluqçu Vüqar Natiq oğlu Süleymanovdur.
Allah rəhmət eləsin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi