azia.az
azia.az

Polisim məni qoruyur

26-11-2022, 14:44


              

İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması  Mərkəzi   “Polisim  məni qoruyur” adlı yeni layihəyə start verib. Layihəyə uyğun olaraq Nəsimi rayon ərazisində vətəndaşlar arasında sorğu aparılıb.  Vətədaşların ümumi fikrinə görə polis işçiləri vətəndaşların qeydinə qalır,  asayişin tam olaraq qorunmasında əllərindən gələni əsirgəmirlər. Ümumilikdə bütün polislər haqqında yüksək fikirdə olasalar da bu ərazidə daimi xidmət göstərən polis serjantı Mehdiyev Elmeddin Cemil oğlunun adını daha çox hallandırdılar. Belə ki, vətəndaşlardan Səhər Manafova deyir ki, bu ərazidə çox olur. Bir neçə dəfə polisin vətəndaşlara kömək etdiyinin şahidi olub. Hətta özünün küçədə səhəti ilə əlaqədar nasazlığı yaranıb. Həmin zaman yaxınlıqda xidmət aparan Elməddin  adlı polis nəfəri Səhər xanıma yaxından köməklik göstərib.   Sorğumuza qatılan digər bir vətəndaş isə Allahverdi Abızadədir. O deyir ki, gecə saatlarda maşının yanacağı bitib yolda qaldığı bir vəziyyətdə Elməddinlə tanış olub. İşinin başında olan Elməddin öz vəsaiti hesabına maşını yanacaqla təmin etdi. Aydın Adıgözəlov və Hakim Novruzov da bu polis serjantının və başqalarının xidmətindən razılığını bildirdilər. Biz də bu minvalla Elmədin Mehdiyev haqqında özünün xəbəri olmadan araşdırmaya başladıq. Öyrəndik ki,  o  2015-ci ildən bu günə qədər işində qüsursuz xidmət aparıb. Xalqına və dövlətinə sədaqət və ləyaqətlə xidmət aparmaq onun tək amaldır. Onu da qeyd edək Elməddin bu ərazidə daima vətəndaşlarla onların hüquqları haqqında geniş söhbətlər aparır.

Nəsimi rayon mühafizə idarəsinin rəisi  polis polokovnik-leytenantı Məmməd Məmmədovun da öz şəxsi heyətini polis vətədaş münasibətlərinin qorunması istiqamətində təlimatlandırdığı verilən məlumatlar sırasındadır. Apardığımız araşdırmaya nəticəsində o da məlum  oldu ki, təkcə bir neçə polis nəfərinin yox ümumilikdə Nəsimi rayonunda mühafizə idarəsi öz işinin öhdsindən laiqincə gəlir.  Bütün bunların fövqündə isə isə ölkə rəhbərliyinin vətəndaşlara olan diqqəti dayanır. 

Bu gün ölkəmizdə Daxili İşlər orqanlarında çalışan hər bir Azərbaycan polisinin müsirləşməsi istiqamətində böyük uğurlar əldə olunub.  Polis Vətəndaş münasibətlərinin qaydasında olması isə təbii ki, Azərbaycan dövlətinə və polisinə baş ucalığı gətirən həqiqətlərdəndir. 

Daxili İşlər Nazirliyinin, xüsusən, nazir Vilayət Eyvazovun   qayğısı nəticəsində bu gün ölkəmizdə polis orqanlarımız günü-gündən inkişaf etməkdədir. Bu diqqət və qayğının bariz nümunəsidir ki, cinayət hadisələrinin, narkomaniyanın və digər xoşagəlməz halların qarışısı alınır və bu halllarla kəskin mübarizə aparılır. Elə bu cür nümunəvi polis işçilərinin olması da nazirlikdə olan iş prinsipinin bariz nümunəsidir.

 

Telli Məmmədova

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi