azia.az
azia.az

"Ənvər Abbasov deyilən təlxək haqqımda əxlaqına uyğun “yumor” işlədib" — Deputatdan REAKSİYA

18-07-2022, 08:20


Milli Məclisin deputatı Etibar Əliyev "Komedixana"çıların tənqidinə cavab verib.
"Ənvər Abbasov deyilən təlxək haqqımda əxlaqına uyğun “yumor” işlədib" — Deputatdan REAKSİYA
Xəbərə görə, E.Əliyev yumorun ciddi iş olduğunu vurğulayıb.

"Bernard Şou haqlı olaraq deyirdi ki, yumor iti ağılın məhsuludur. İnsanlar təbiət etibarı ilə yumora meyllidirlər. Məşhur yumoristlərdən birinin fikridir: “Yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır”.

Əməlli-başlı ekoloji təmiz yumor qıtlığıdır. Bunun sağlamlığımıza da təsiri var.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elias Kanetti ötən əsrin 20-ci illərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında bunları yazırdı: “Karl Kraus elə birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun satirik monoloqlarında insanlar ayrı-ayrı gülmürdülər, birgə və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər”.

Komediaxananın Ənvər Abbasov deyilən bir təlxək və pəzəvəng nümayəndəsi haqqımda əxlaqına uyğun bir “yumor” işlədib. Ona gülənlər içində savadsız və nadan sifətlər gördüm. Qandıqları yumor elə Ənvərin qabitusu qədər idi.

1997-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş dramaturq, rejissor və aktyor Dario Fonun Nobel nitqindən: "Əziz juri üzvləri, bu dəfə siz doğurdan da bütün sərhədləri aşmısınız. Və sizin bu həddini aşma prosesi on bir il əvvəl, bu mükafatı (qara dəriliyə) verdiyiniz vaxtdan başlayıb. Zənciyə Nobel mükafatı?! Siz bununla da kifayətlənmədiniz və mükafatı yəhudiyə verdiniz. İndi isə - təlxəyə. Neapolda deyildiyi kimi-ağılsızlığın sərhədi olmayan bir təlxəyə. Yenə də sizə deməliyəm ki, insan kütlələri mənimlə birlikdə çox gözlənilməz formada sevindilər: xüsusilə də teatral insanlar-məsələn, bir çox aktyorlar, komediantlar. Mən sizə avara-avara veyillənən, sərgərdan komediantların, təlxək və klounların, oyunbazların sevincli fəryadlarını, səsli-küylü alqışlarını çatdırmağı özümə borc bilirəm: biz bu yerə gəlib çatmışıq..."

Hörmətli komediyaxanaçılar! Siz təlxək sözündən nahaq inciyirsiniz. Buna görə Nobel mükafatı alan dramaturq olub və özü-özünə təlxək deməkdən çəkinməyib...
İstəsəniz sizləri Bertold Brextlə də tanış edə bilərəm..." - E.Əliyev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi