Bu qız "təlxək burnu" ilə doğulub - İllər sonrakı HALI - FOTO
![]()
2008-ci ilin sentyabr ayında Lloyd ailəsində Konni adlı qız uşağı dünyaya gəlib. Onun burnundakı qırmızı xal körpəni digərlərindən fərqləndirib. Bu ləkə ana bətnində 32 həftəlik embrionun USM müayinəsi zamanı da görünüb.![]()
Azia.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, Konniyə gemangioma diaqnozu qoyulub. Bir neçə ilə ləkənin sovrulub keçəcəyi deyilsə də, 3 yaşına çatdıqda qızın xalı, müalicələrə baxmayaraq, böyüyərək bütün burnunu örtmüş olub. Bu, onun valideynləri Zara və Tomu narahat etməyə başlayıb.![]()
Ətrafdakılar uşağı təlxəyə bənzətdikləri üçün Konni çox qapalı və utancaq böyüyürdü. Valideynlər 3 il yaxşı mütəxəssis axtarışında olublar və sonda cərrahi əməliyyatla qızın canını bu xaldan xilas ediblər.![]()
Bu, uşağı daha şən və ünsiyyətçil edib. İndi həm özü, həm valideynləri xoşbəxtdirlər.![]()
![]()

![]()