Sərhəddə Türkiyə və Azərbaycan bayrağı: Ermənistandan görünür...
Türkiyənin İğdır bölgəsini Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirən sərhəd məntəqəsində 13 metr hündürlükdə dirəklərə Azərbaycan və Türkiyə bayraqları asılıb. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Dilucu sərhəd-keçid məntəqəsində qaldırılan bayraqlar Ermənistan ərazisindən də görünür.
Dilucu sərhəd-keçid məntəqəsində Azərbaycan və Türkiyə bayraqları daha əvvəl də qaldırılmışdı. Lakin indi bayraq dirəkləri yenilənib və daha hündür dirəklər basdırılıb. İğdır vilayəti Jandarma Komandanlığı tərəfindən qaldırılan bayraqları indi Ermənistan ərazisindən də görmək mümkündür. Bayraq abidəsi üzərinə Mustafa Kamal Atatürkün, Heydər Əliyevin və Məmməd Əmin Rəsulzadənin sözləri yazılıb. Naxçıvanla Türkiyə arasında gedib-gələnlər bu bayraq abidəsinə görə Jandarma Komandanlığına təşəkkür bildirir. Onlar deyirlər ki, yazılan yazıları və dalğalanan bayraqları görməkdən məmnundurlar.