Türkiyədən Azərbaycanın bayraq jestinə cavab
![]()
Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsi Azərbaycan Respublikasının bayrağı ilə işıqlandırılıb.
Azia.az bildirir ki, işıqlandırma yerli televiziyalar tərəfindən canlı nümayiş olunub.
Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmuşdu.