Yayda ən çox yeyilən meyvələrdən biri də qarpızdır. Qarpızın orqanizm üçün bir sıra faydaları var. Qarpız toxumları maqneziumla doludur. Bu da dərinin görünüşünü yaxşılaşdırmağa kömək edir. Dəri quruluğu, ekzema və digər dəri xəstəliklərinə qarşı istifadə olunur.
Bakupost.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi, dietoloq Sena Genç qarpız toxumlarının orqanizmə faydalarını sadalayıb.
Dəri xəstəliklərində faydalıdır
Qarpız toxumları dərinin görünüşünü yaxşılaşdıran maqneziumla zəngindir. Dəri quruluğu, ekzema və digər dəri xəstəliklərinə qarşı istifadə olunur. Qarpız toxumları quru dərilər üçün nəmləndirici rolunu oynayır. Toxumlarda olan sink zülal sintezi, hüceyrə bölünməsi və təmir qabiliyyətinə görə qocalma prosesini ləngidə bilir.
Saçları möhkəmləndirir
Qarpız toxumları zülallar, dəmir, maqnezium, sink və mis ilə zəngindir. Bu təkib isə saçların güclənməsinə və böyüməsinə kömək edir. Toxumlarda olan manqan, saç tökülməsinin və zədələnməsinin qarşısını alır.
Ürəyə xeyirdir
Qarpız toxumu iltihab əlehinə antioksidant və vasodilator (qan damarlarının genişlənməsi) kimi fəaliyyət göstərir. Bu da onun sağlam bir ürək üçün faydalı olmasının əsas səbəbidir. Qarpız tumları ürək sağlamlığında mühüm rol oynayan sinklə də zəngindir.
Sinir sistemini dəstəkləyir
Qarpız toxumları beyin və sinir sistemini sağlam saxlamağa kömək edən zəngin B vitaminləri mənbəyidir. Əhval pozğunluqlarında və demansda da faydalıdır.
Sperm keyfiyyətini artırır
Qarpızda kişi reproduktiv sistemi üçün vacib olan yüksək miqdarda sink mövcuddur. Sink kişi sonsuzluğunda ən mühüm problem olan sperma keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Metobolizmanı sürətləndirir
Qarpız toxumları folat, dəmir, sink, mis, maqnezium, kalium, amino turşuları və B vitamini kompleksi kimi qida maddələri ilə zəngindir. Bu qidalar orqanizmin təbii maddələr mübadiləsini tənzimləməklə yanaşı sürətini artırmaqda son dərəcə faydalıdır.
Şəkər xəstələri diqqət etməlidir
Tərkibində yüksək miqdarda şəkər olduğu üçün xüsusilə diabet xəstələri diqqətli olmalıdır. Dietoloq və həkim nəzarəti altında az miqdarda yeyə bilərlər.
Həzm problemlərinə səbəb ola bilər
Həddindən artıq qarpız yemək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Çox qarpız yemək ishal, şişkinlik, qaz və həzm problemləri yarada bilər. Həmçinin, qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb olur.
Aynur