NEQSOL Holding, Nobel Energy, "SOCAR -- AQŞ",.. və qlobal xarakterli korrupsiya əməlləri törədən Yusif Cabbarov -- DƏHŞƏT DOĞURAN FAKTLAR
NEQSOL Holding, Nobel Energy, "SOCAR -- AQŞ",.. və qlobal xarakterli korrupsiya əməlləri törədən Yusif Cabbarov -- DƏHŞƏT DOĞURAN FAKTLAR
Xeyli müddətdir ki, ölkənin media vasitələrinin dərc etdiyi bir çox yazılarda, adı yaxşı yöndən hallandırılmayan və dövlətin neft sektorundakı önəmli qurumlarda məsul vəzifələr tutan Yusif Cabbarovla, onun cinayət ortaqlarının birgə törətdikləri qlobal xarakterli korrupsiya əməlləri barəsində, bu yazılardakı haqlı iradlar və konkret faktlar dəhşət doğurur. Dəhşət həm də ondadır ki, mətbuatdan bu cinayət ortaqlarının ünvanlarına yönələn hər hansı obyektiv tənqidi yazının ömrü belə, elə də, uzun olmur. İnternet səhifəsinin bloklanıb, işinin iflic olması qorxusu, əksər media vasitəsi rəhbərini məcbur edir ki, saytını olduqca təhlükəli hücumlardan və qanunsuz müdaxilələrdən qorumaq üçün, bu barədə dərc etdikləri önəmli vacib yazı ilə, tez bir zamanda vidalaşsınlar.
Elə, araz.az da, bu yaxınlarda belə bir təhlükə ilə üzləşdi və məcburiyyətdən, eyni mövzulu yazısı ilə, çox keçmədən vidalaşmalı oldu. Hətta həmin yazını,araz.az-a istinadən dərc edən 20-dən çox media vasitəsinin internet saytı da, eyni aqibəti yaşadı.
Bu günlərdə, ictimailəşdirilməsi xahişi ilə, etibarlı mənbə tərəfindən araz.az-ın redaksiyasına göndərilən və Yusif Cabbarovun qanun çərçivəsinə sığmayan bəd əməllərindən bəhs edən daha bir yazını da, içindəki faktların və iradların ciddiliyini nəzərə alıb, başlığını bu yazımızın sərlövhəsinə çıxarmaqla, mətnini olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan təqdim edirik:
"Beynəlxalq şirkətlər qrupu strategiyasına əsasən, müxtəlif sahələrdə inkişafını uzun müddətdir davam etdirən, hazırda dünyanın müxtəlif ölkələrində aktivlərə malik olan, əməliyyatları uğurla həyata keçən və regional ofisləri fəaliyyət göstərən NEQSOL Holding-in xeyli müddətdir əsas rəhbərinin -- Baş icraçı direktorunun özünü iri korrupsioner kimi tanıdan Yusif Cabbarovun olması adamı dəhşətə gətirir: Axı, necə ola bilər ki, Sovet İttifaqının dağılmasından az sonra -- 1990-cı illərdən üzübəri iş adamı və xeyriyyəçi kimi özünü yaxşı yöndən tanıdan Nəsib Həsənovun sahibi və təsisçisi olduğu belə bir nüfuzlu Şirkətlər Qrupuna, adı yaxşı yöndən hallandırılmayan belə birisi, özü də, uzun müddət rəhbərlik etsin?!. Doğrudan da, bu suala cavab vermək olduqca çətindir. Çünki çoxşaxəli şirkətlər qrupu bir holdinq olaraq, strateji idarəetməni və sinerjini gücləndirməyə imkan verən çoxsahəli və şaxələnmiş biznes portfeli yaratmaqla, tərkibindəki 20 ildən çox müddətdir fəaliyyət göstərən və öz sahələrində geniş təcrübəyə malik önəmli şirkətləri uğurla birləşdirməyi tez bir zamanda bacaran NEQSOL Holding-in taleyinin belə birisinə tapşırılması ağlagəlməz dərəcədədir.
Ümumiyyətlə, cəmiyyət arasında da, yuxarıda xüsusi olaraq vurğulananlarla bağlı çoxsaylı məlumatlar geniş yayılıb. Bu insanın həyatda əsas amalının hamını özünün korrupsiya toruna salmaqdan və bundan sonra isə, öz çirkli niyyətlərini həyata keçirməkdən ibarət olması xüsusi qeyd olunur. Yusif Cabbarovun, onun ən yaxın korrupsiya silahdaşları olan Vüqar Səmədlinin, Rauf Ağayevin, İmran Əhmədzadənin və Eldar Məmmədzadənin BP, SOCAR, Azneft, Azərkimya və digər dövlət şirkətləri və təşkilatlarındakı açıq-aşkar həyata keçirdikləri birgə korrupsiyaları haqqında çox yazılıb. Bu ünsürlər rüşvət verməklə, şantaj, hədə-qorxu yolu ilə, müxtəlif vəzifə sahiblərini ələ alır və onların vasitəsi ilə, tenderləri ədalətsiz udur, şişirdilmiş qiymətlər yazdırır və sağlam şirkətləri tenderlərdən kənarda saxlayaraq, məhv edirlər. Yusif Cabbarov son illər bir az da irəli gedərək, ədalət məhkəmələrini rüşvətlə ələ alır və tam ədalətsiz qərarlar çıxarılmasına nail olur. Buna ciddi və inkarolunmaz misal olaraq, Yusif Cabbarovun önəmli bir dövlət qurumunda yüksək səlahiyyət sahibi olan bir şəxslə yazışmasını göstərə bilərik:
Bu yazıda, gördüyünüz kimi, Yusif Cabbarov həmin səlahiyyətli şəxsə deyir: "Ali Məhkəməyə 150 min rüşvət verək, qoy, bizim xeyrimizə qərar çıxarsın!". Bu səpkidə faktlar çoxdur.
Yusif Cabbarov, eyni zamanda, şantajçıdır. Belə ki, özundən yalanlar uyduraraq, iki dövlət qurumunu üz-üzə qoyur, tipik şantajçı və intriqaçı üsulundan istifadə edir. Məsələn, Yusf Cabbarov səlahiyyətli bir şəxslə danışan zaman, yalandan deyir ki, vergilərdən məhkəmələrə tezyiq var ki, müəyyən qərar çıxarsınlar. Ümid edirik ki, vergilər öz imicini qorumaq üçün, Yusif Cabbarovu məhkəməyə verəcək ki, dediklərini sübut etsin.
Korrupsioner Yusif Cabbarov iki dövlət qurumuna, vergilərə və məhkəməyə böhtan atır, onların da, özü kimi, korrupsioner və əyri olduqlarını iddia edir. Əminik ki, bu faktlar müvafiq dövlət qurumları tərəfindən araşdırılacaq və bu korrupsioner məxluq öz əməllərinə görə layiqli cəza alacaq.
Yusif Cabbarov, eyni zamanda, rəhbərlik etdiyi Holdinqdə iyrənc bir idarəçilik mühiti yaradıb, qohumbazlıq, dostbazlıq və əxlaqsızlıq prinsipləri ilə vəzifələrə təyinatlar edir. İşçiləri izlətdirir, şəxsi həyatlarına dair məlumatlar toplayir ki, sonra onları şantajla idarə etsin. Məsələn, aşağıda göstərilən yazışmada Yusif Cabbarov həmin dövlət səlahiyyətlisindən soruşur ki, onun ən yaxın korrupsiya silahdaşı olan Ellada Alışovanın çoxsaylı kişilərlə intim videolarını kim yayır? Vəzifə sahibi isə, deyir ki, bunu yayan sizin öz içərinizdə rəhbər vəzifədə işləyir və qeyd edir ki, bu tam dəqiq və məxfi məlumatdır.
Bəli, bütün bunlar, Yusif Cabbarovun korrupsiya və əxlaqsızlıq idarəçiliyinin bariz nümunəsidir. Yayılan məlumatlara görə, Yusif Cabbarov rəhbər şəxslərin intim videolarını toplayır ki, sonradan onları şantajla asan idarə edə bilsin. Yusif Cabbarov və Vüqar Səmədli, eyni zamanda, dövlət orqanlarında işləyən qərarverici şəxslər barədə də, kompromat xarakterli video və sübutlar toplayırlar ki, həmin şəxslərə istədikləri qərarı qəbul etdirə bilsinlər. Onlar rüşvət verdikləri vəzifəli şəxslərin səsini yazdırır, videolarını çəkdirirlər və sonradan şantaj üçün istifadə edirlər.
Ellada Alışovanın Yusif Cabbarovun korrupsiya dəstəsində xüsusi yeri var. Belə ki, Ellada Alışova Yusif Cabbarov, Vüqar Səmədli və Eldar Məmmədzadənin sifarişləri ilə gənc, gözəgəlimli qızları işə götürür və onların vasitəsilə vəzifəli şəxslərin intim videolarını ələ keçirirlər və sonradan öz şantaj sxemlərində istifadə edirlər. Ellada Alışovanın Yusif Cabbarovun yanında yeri o qədər vacibdir ki, bu qadının maymaq ərini vəzifəyə gətirmək üçün Yusif Cabbarov yuzlərlə insanı işsiz qoydu, mənfəətli bir şirkəti bərbad vəziyyətə saldı, lakin sonda Ellada Alışovanın sifarişini yerinə yetirdi.
Ellada Alışovanın müxtəlif kişilərlə intim videoları Nobel Enegy şirkətindəki öz həmkarları tərəfindən yayıldıqdan sonra, Yusif Cabbarov bu videonu izləmiş işçiləri DTX-ya apartdırıb orada onlara işgəncə verdirir və videoları kimdən əldə etdiklərini soruşurdu. Bircə aydın olmayan budur ki, Ellada Alışovanın intim videolarının yayılması hansı mənada dövlət təhlükəsizliyimizə təhdid yaradır?!
Burada, Yusif Cabbarovun “rəhbərlik” etdiyi kollektivdə baş verən gülməşəkər bir faktı da qeyd etmək yerinə düşərdi. Müəssisədə HR menecer işləyən arvad (Ellada Alışova) şirkətdə Baş direktor işləyən öz maymaq ərinə (Samir Mollayevə) e-mail yazaraq, şirkətdə işləyən qohumların siyahısını gondərir.
SOKAR4CUARAZ
Bəli, Yusif Cabbarovun korrupsiya, dostbazlıq və qohumbazlıq idarəçiliyinin mahiyyəti budur: Ər, arvad və qohumlar hamısı korrupsiya maşınının başına yığılıb.
Daha bir fakt isə, SOCAR - AQŞ Baş direktoru Samir Mollayev və Maliyyə Meneceri Fuad Behbud tərəfindən, SOCAR və Azneft rəhbərliklərinə verilən rüşvətin sübutudur.
SOKAR3CUDUR
Bəli, Yusif Cabbarovun korrupsiya silahdaşı Ellada Alışovanın maymaq əri Samir Mollayev, gülərək, hər ay Azneftin, SOCAR-ın təkcə bir rəhbər şəxsinə verdiyi 85 min manat rüşvəti təsdiq etdiyini bildirir. Ümid edirik ki, SOCAR AQŞ-nin, Llamrenin, Prokonun və Glensolun SOCAR sistemində çalışanlara verdikləri bank kartları, həmin kartlara hər ay köçürülən milyonlar, nəqd şəkiləd aparılıb verilən rüşvətlər, saxta müqavilələr (yuxarıdakı kimi), qat-qat şişirdilmiş təchizat müqavilələri barədə mövcud olan faktlar və sübutlarla müvafiq dövlət qurumları maraqlanacaq və Azərbaycan iqtisadiyyatının yaxasına yapışmış bu xərçəng xəstəliyinin kəsilib atılmasına nail olacaqlar.
Növbəti yazılarda, Yusif Cabbarovun və onun korrupsiya maşınının Azərbaycanda və xaricdə digər korrupsiya cinayətlərindən, sənədlər və sübutlar əsasında bəhs ediləcək. Həmçinin, Neqsol Holding-də qaranlıq keçmişə malik, cinayət aləminə aid olan şəxslərlə də əlaqəli maraqlı məlumatlar var və onları da, novbəti yazılarda təqdim edəcəyik".
araz.az