Məşhur firma vergi borcuna görə məhkəməyə verildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsi məşhur "Zəngəzur” İstehsal-Kommersiya firmasını məhkəməyə verib.Iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə bilgi yoxdur. Ehtimal olunur ki, firmanın məhkəməyə verilməsi vergi borcu ilə əlaqədardır. Firmanın hazırda 2523.21 AZN vergi borcu var.
"Zəngəzur” firması 2 may 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan firmanın qanuni təmsilçisi İmanov Nəbi Əli oğludur.
"Zəngəzur” firmasının tərkibinə "Zəngəzur" şadlıq sarayı, "Zəngəzur" hamamı, dəyirman, zavod, dükanlar və digər iaşə obyektləri daxildir.
Firmanın sahibi Nəbi İmanova gəlincə, o, 2015-ci ildə qardaşı oğlu Emin İmanovun intiharı ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Bakı şəhəri 7-ci mikrorayonda 1980-ci il təvəllüdlü Emin İmanov özünü odlu silahla güllələyib.
İntiharın səbəbi ictimaiyyətə açıqlanmayıb. Mediada yayılan məlumatlara görə, Emin İmanovun intiharının kökündə borc məsələsi dayanıb. Bəzi media orqanları onun Nəbi İmanova borclu olduğunu iddia edib.
Mənbə:My Webpage