Koronavirusdan sağalanlarda ən çox rast gəlinən simptomlar hansılardır?
COVID-19-dan sağalandan bir müddət sonra baş ağrısı, halsızlıq, yaddaşın pozulması kimi simptomlar bəzən insanları narahat etməyə başlayır.
Bunu yüksək kateqoriyalı rusiyalı həkim Aleksey Vodovozov bildirib.
Xəbər verilir ki, onun sözlərinə görə, xeyli sayda xəstə, hətta koronavirusu çox asanlıqla keçirənlər belə, bu simptomlarla üzləşirlər.
Həkimlər bunları postkovid sindromunun təzahürü kimi qiymətləndirirlər. Bu sindromunun nə qədər davam edə biləcəyi araşdırılır.
"Əsasən çox uzun olmur, təxminən dörd həftə davam edir. Ancaq sağalanların əhəmiyyətli bir hissəsində, ən azı üçdə birində bütün simptomlar on iki həftə və ya daha uzun müddət davam edir", - deyə həkim vurğulayıb.
Postkovid sindromu əlavə arzuolunmaz nəticələrə səbəb ola bilər:
"Birincisi, bir insanın unuda biləcəyi mövcud xroniki xəstəliklərin kəskinləşməsidir. İkincisi, əvvəllər olmayan bəzi patologiyalar sıfırdan başlaya və postkovid simptomlarından ayrı görünə bilər".
Həkimin sözlərinə görə, sağalan şəxs peyvənd olunarsa, vəziyyəti daha sürətlə yaxşılaşar.(oxu.az)