azia.az
azia.az

"Qədim Qəbələ" restoranında müştərilərin başına bu "oyun"u açırlar - ŞİKAYƏT

1-09-2020, 10:56


Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Fuad Əhmədov (Fuad Akhmadov) Mərdəkanda yerləşən Qədim Qəbələ restoranından şikayətçidir.
Fuad bəy ailəçikcə əvvəldən yer rezervasionu etdiyi "Qədim Qəbələ" restoranında başına gələnləri belə nəql edir:
"Qədim Qəbələ" restoranında müştərilərin başına bu "oyun"u açırlar - ŞİKAYƏT
"Bu günkü səfərimizdən sonra "koronavirus tədbirləri" tətbiq olunan dövrdə heç bir kütləvi iaşə yerinə getməməyi qərara gəldik.
Məkan - Qədim Qəbələ Restoranı, Mərdəkan. 6 nəfərlik yer rezerv olunsa da, 7 nəfər ilə gəldik. 4 azyaşlı uşaq xaric olmaqla. Qeyd edim ki, uşaqlar üçün ayrı stol deyilmişdir.
Özümüzü isə Bron etdiyimiz stola oturmağı imkan vermədilər, cərimə bəhanəsi ilə. "6 nəfərdən çox olmaz, müəllim". Nə isə.
Məcbur olaraq 2-ci mərtəbədə küləkli və bəyənmədiyimiz bir verandada oturduq. Bir ailə olaraq, məcbur ayrı yerləşən 2 stolda yerləşdik.
Yarım saat keçməmiş, bizə oturmağa icazə verilməyən yerdə 7 nəfərin oturduğunu gördüm.
Administratora üz tutduqda
- "Müəllim, dedilər cərimə yazsalar öz boyunlarındadır deyə icazə verildi".
Bax belə. Bu səhnəni telefonuma çəkdim, amma "cərimə sevincini" yaşatma səviyyəsinə düşmədim. Onsuz da adi bir işçi, administratora tətbiq olunacaq bu cərimə, onun da ailəsi var, yazıqdır. Restorandan qısa bir zamanda ayrıldıq."
"Qədim Qəbələ" restoranında müştərilərin başına bu "oyun"u açırlar - ŞİKAYƏT
"Və nəhayət. Əsas bir neçə məsələ.

Məqam 1- ayrıseçkilik.
-Deməli kiməsə 7 nəfər şəkilində oturmaq olar, kiməsə yox? Dedikləri "cəriməni özü ödəyəcək" səbəbini real qəbul etmirəm, 3000 manatı restoran əvəzinə heç kim ödəyəsi deyil
Məqam 2
-6 yaşa kimi uşaqları böyük kimi hesablamaq nə dərəcədə düzgündür?
Məqam3
-Yeməyi ümumiyyətlə demirəm. 2 il əvvəl yediyimiz səbətdən əsər-əlamət qalmayıb. O küləkdə yemək 5 dəqiqədə soyudu və dadsız oldu.
Məqam4
-Karantin vaxtı, ailə şəkilində hər hansı tədbiri qeyd etməyə gedəndə 6 nəfərdən çoxsunuzsa, sizi ayrı otuzduracaqlar və inanmıram ki bu kimi tədbir sizə xoş olacaq."
Teref.az olaraq adı çəkilən qurumun mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi