azia.az
azia.az

Qəbələ"nin futbolçusu: "Öz səhvlərimizdən qapımızda üç qol gördük"

8-11-2018, 09:11


"Haqsız məğlubiyyət oldu. Öz səhvlərimizdən qapımızda üç qol gördük". Bu sözləri “Report”a açıqlamasında “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının Məhəmməd Məhərrəmov deyib.O, oyunda qalib gəlmək üçün əllərindən gələni etdiklərini bildirib: "Oyuna müdafiə futbolu ilə başladıq. Göründüyü kimi, Almaniya çempionu ilə bacara bilmədik. İstədiyimiz bu deyildi. İstəyərdik ki, hamını sevindirək. Əlimizdən gələnin ən yaxşısını edə bilmədik"."Çalışacağıq ki, ikinci matçda özümü yaxşı tərəfdən göstərək. Qol imkanlarımız da oldu. Penaltini qola çevirə bilsəydik, 2:3 yaxşı hesab olacaqdı" , - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi